Nyu-Yorkda ağdərililərin müdafiəsi üçün “White Lives Matter” mitinqinə cəmi bir nəfər çıxıb.
Bu barədə TASS xəbər yayıb.
Ağdərililərin müdafiə yürüşünün iştirakçıları “Trump Tower” yaxınlığında toplanmalı idi.
Tədbirin “Telegram” kanalında təxminən 2,5 min nəfər üzv var. Bununla belə, təyin olunan yerə yalnız bir maskalı adam yollanıb, o da özünü təqdim etməkdən çəkinib.
O, mediaya bildirib ki, statistikaya əsasən, avro-amerikalılar tərəfindən cinayət qurbanı olan ağdərili vətəndaşların sayı bunun əksini göstərən rəqəmlərdən qat-qat çoxdur.
Eyni zamanda, narazılıqlarını bildirmək üçün qaradərililərin hüquqları ilə bağlı “Black Lives Matter” hərəkatının təxminən 20 nümayəndəsi və bir neçə antifaşist mitinq yerinə yollanıb. Tədbiri qorumaq üçün təqribən 20 polis əməkdaşı cəlb edilib.