Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiymət proqnozunu artırıb

12.04.2021 20:51 2 130
ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiymət proqnozunu artırıb
ABŞ Energetika Nazirliyi 2021-ci ildə “Brent” markalı neftin dəyər proqnozunu bir barel üçün 60,7 ABŞ dollarından 62,3 ABŞ dollarına qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EIA) hesabatında deyilir.

Agentlik “Brent” markalı neftin qiymətlərinin ikinci rübdə 65 dollar/barelə çatacağını, 2021-ci ilin ikinci yarısında isə qiymətin orta hesabla bir barel üçün 61 ABŞ dollarına qədər düşəcəyini gözləyir. Nazirliyin qiymətləndirməsinə görə, 2022-ci ildə “Brent” markalı neftin bir barelinin qiyməti 60,5 ABŞ dolları səviyyəsində olacaq.

WTI markalı neftin qiyməti isə 2021-ci ildə bir barel üçün 58,9 ABŞ dolları, 2022-ci ildə isə 56,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

ABŞ Energetika Nazirliyi 2021-ci ilin mart ayında “Brent” markalı neftin orta qiymətinin 3 ABŞ dolları artaraq bir barel üçün 65 dollara çatdığını qeyd edib. Mart ayında neft qiymətlərindəki artım koronavirusa qarşı peyvəndləmə və artan iqtisadi aktivlik, habelə OPEC+in hasilatla bağlı məhdudiyyətlərinin ötən ay da saxlanması fonunda tələbatın artması gözləntilərini əks etdirir.

Son xəbərlər