19 yaşlı Minayə: “Böyüklərin Avropa çempionatında medal qazanacağımı gözləmirdim” » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:28 Ədliyyə Nazirliyi erməni cinayəti ilə bağlı 77 ölkəyə məktub göndərib - RƏSMİ  |     17:25 Azərbaycanda bir peşə məktəbində koronavirusa görə tədris DAYANDIRILDI  |     17:19 Dmanisidə azərbaycanlılara hücum edən səkkiz nəfər saxlanılıb - RƏSMİ  |     17:05 Qəzzada ölən fələstinlilərin sayı 200-ü keçib  |     16:52 Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb - FOTO  |     16:20 Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO  |     16:11 Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi  |     13:53 Azərbaycanda ana dörd uşağını küçədə saxlayır? - İDDİA  |     13:35 Authentication required  |     12:49 Bakıda bir marşrutda gediş haqqı endirildi - FOTO  |     12:37 Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO  |     12:10 Qubada avtomobillər toqquşub: Xəsarət alanlar var  |     12:00 Abş​​​eronda qadına küçədə hücum edildi  |     11:47 AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi  |     11:46 DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq  |     11:15 18 minə yaxın şagird imtahan verəcək  |     11:01 Türkiyədə “lokdaun” ləğv edildi  |     23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |    

19 yaşlı Minayə: “Böyüklərin Avropa çempionatında medal qazanacağımı gözləmirdim”
“İlk dəfə idi ki, böyüklərin bu cür mötəbər yarışında iştirak edirdim. Baxmayaraq ki, artıq üç ildir böyüklərlə birgə döyüşürəm bu, ilk Avropa çempionatım idi və birinci dəfədən medal qazandığım üçün çox sevinirəm”.

Bunu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatında bürünc medal qazanmış 19 yaşlı Minayə Əkbərova deyib.

46 kq çəki dərəcəsində yarışında çıxış edən M.Əkbərova medal qazanacağını gözləmədiyini etiraf edib:

“Düzünü deyəcəyəm. Əslində medal qazanacağımı gözləmirdim. Çünki pandemiyaya görə təxminən bir ildən çoxdur ki, məşq edə bilmirdim. Yarışa çıxmazdan qabaq fikirləşirdim ki, görəsən necə olacaq?! Çox həyəcanlı idim. Elə bilin ki, ömrümdə ilk dəfə yarışa çıxırdım.

Amma çox şükür, tatamidə hiss etdim ki, yaxşı vəziyyətdəyəm, döyüşməyi unutmamışam. Məncə, hər şey birinci özünə inamdan başlayır. Sağ olsun müəllimlərim, ailəm, komanda yoldaşlarım da çox dəstək oldular, məni ruhlandırdılar”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 10.04.21 19:43