"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edə bilmədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb - FOTO  |     16:20 Sükan arxasında “TikTok” çəkən sürücü işdən azad edilib - VİDEO  |     16:11 Zakir Həsənov qoşunların idarə olunması üzrə tapşırıqlar verdi  |     13:53 Azərbaycanda ana dörd uşağını küçədə saxlayır? - İDDİA  |     13:35 Authentication required  |     12:49 Bakıda bir marşrutda gediş haqqı endirildi - FOTO  |     12:37 Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub: Xəsarət alanlar var - VİDEO  |     12:10 Qubada avtomobillər toqquşub: Xəsarət alanlar var  |     12:00 Abş​​​eronda qadına küçədə hücum edildi  |     11:47 AzTV-də yoxlamalar aparılır - Rəsmən təsdiqləndi  |     11:46 DSX əməkdaşlarının öldürülməsini Baş Prokurorluq araşdıracaq  |     11:15 18 minə yaxın şagird imtahan verəcək  |     11:01 Türkiyədə “lokdaun” ləğv edildi  |     23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |    

"Neftçi" səfərdə "Qəbələ"ni məğlub edə bilmədi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

Günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. İlk hissədə qapılara qol vurulmayıb. Görüşdə əsas hadisələr ikinci yarıda baş verib. 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

62-ci dəqiqədə paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar" yenidən önə keçib. Yurqen Qoxa topu qapıdan keçirib. Flaqmanın kapitanı Emin Mahmudov 71-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba yenidən tarazlıq gətirib.

İkinci pillədə qərarlaşan "Neftçi" 43-cü, 5-ci sıradakı "Qəbələ" isə 24-cü xalını qazanıb.

Qeyd edək ki, günün digər oyununda "Sabah" "Səbail"i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 10.04.21 18:45