Sprey formasında koronavirus vaksini hazırlanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Sprey formasında koronavirus vaksini hazırlanır

Finlandiyalı alimlər bu ilin sonunadək koronavirusa qarşı yeni vaksinin hazrılanmasını başa çatdıra bilər.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bu vaksin digərlərindən fərqli olaraq burun spreyi formasında olacaq.

Helsinki Universitetinin professoru, layihənin müəlliflərindən biri Kalle Saksela bildirib ki, preparatın hazırlanmasına ötən ilin yazında başlanılıb.

Bu vaksinin sprey formasında olması onunla əlaqədardır ki, virus insan orqanizminə əsasən nəfəs yolları ilə daxil olur. Vaksin selikli qişanın müdafiəsini təmin etməklə yanaşı, həm də orqanizmin ümumi immunitetini gücləndirəcək.

Hazırda vaksinin heyvanlar üzərində sınaqları bitmək üzrədir. Preparatın könüllülər üzərində sınaqlarının birinci mərhələsinin yayda başlaması planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            432 10.04.21 18:33