Dünyada son 3 ayda koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Dünyada son 3 ayda koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı

Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 133,53 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, son 24 saat ərzində dünyada koronavirusa 718 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, yanvarın 10-dan birgünlük yoluxma statistikasında ən yüksək göstəricidir. Təşkilatın məlumatına görə, son sutkada koronavirusdan 12,6 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada pandemiya qurbanlarının sayı 2,89 milyon nəfəri ötüb.

Pandemiya ərzində dünyada koronavirusa ümumilikdə 132 730 691 yoluxma, 2 880 726 ölüm qeydə alınıb.

Yoluxma hallarının sayına görə birinci yerdə Avropa qitəsi (257 789), ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə - cənub-şərqi Asiya (145 724) regionu qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            753 09.04.21 22:46