Dünyada ilk: Donordan koronavirus xəstəsinə ağciyər köçürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Dünyada ilk: Donordan koronavirus xəstəsinə ağciyər köçürüldü

Yaponiyalı həkimlər koronavirus səbəbindən ağır sətəlcəmdən əziyyət çəkən xəstəyə canlı donordan ağciyər nəqli əməliyyatını uğurla həyata keçiriblər.

Bu barədə TASS Kyoto Universiteti Xəstəxanasının açıqlamasına istinadən xəbər yayır.

“Dünyada ilk yaşayan donordan ağciyər nəqli əməliyyatının ağır ağciyər zədəsi olan xəstələr üçün ümidverici bir müalicə olacağı gözlənilir”, - deyə yaponiyalı mütəxəssislər bildirib.

Əməliyyatla əri və oğlunun ağciyərindən hissələr qadına köçürülüb. O, keçən ilin sonunda koronavirusa yoluxub, vəziyyəti tədricən pisləşib, hər iki ağciyəri də sıradan çıxmağa başlayıb.

Əməliyyat təxminən 11 saat davam edib. Hazırda xəstə və hər iki donorun vəziyyəti yaxşıdır.

Qeyd edilir ki, bu, dünyada ilk belə əməliyyatdır.

Bundan əvvəl koronavirus xəstələrinə ağciyərlər yalnız beyin komasında olan donorlardan köçürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 09.04.21 12:04