Baba və nənəsini öldürən, qardaşını güllələyən şəxsə ömürlük cəza verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:37 Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq  |     14:12 DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA - VİDEO  |     14:09 Bazar günü 27 dərəcə isti olacaq  |     14:08 Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma  |     14:07 Azərbaycanda bu il övladlığa verilən uşaqların sayı açıqlandı - RƏSMİ  |     14:06 Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - RƏSMİ  |     14:05 Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT  |     14:03 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI  |     14:02 Sabunçuda qadın qəzada ağır xəsarət aldı  |     14:01 Biləsuvarda zəlzələ oldu  |     14:00 Pakistanda internetin fəaliyyəti məhdudlaşdırıldı  |     14:00 Putinin illik gəliri və əmlakı açıqlanıb  |     13:54 Qubadlıda döyüş sursatları aşkar edildi  |     13:48 Bakıda qatar vurması nəticəsində ölən gənclə bağlı cinayət işi açıldı - RƏSMİ  |     13:44 “WhatsApp” istifadəçilərinə ciddi XƏBƏRDARLIQ  |     13:28 Siyəzəndə karantin qaydalarını pozan repetitor saxlanıldı - RƏSMİ  |     13:26 Saatlıda çətənə yetişdirən şəxs saxlanıldı  |     13:05 Ramana və Sabunçu qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR  |     23:59 Xurmanın inanılmaz 8 FAYDASI  |     23:56 Bakıya əlavə 9 və 12 metrlik avtobuslar gətiriləcək  |    

Baba və nənəsini öldürən, qardaşını güllələyən şəxsə ömürlük cəza verildi
Şəki Ağır Cinayətlər Məhkəməsində babasını və nənəsini xüsusi amansızlıqla qətlə yetirməkdə, qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, V.Qədirov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il mayın 9-da İsmayıllı rayonunun Bizlan kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı ögey babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra o, babasına məxsus odlu silahı götürərək qardaşı Şamo Qədirovu öldürməyə cəhd edib.

Dəhşətli cinayət hadisəsinə səbəb olan mübahisə yaşayış evinin satılmasında razılıq əldə edilməməsindən yaranıb.

V.Qədirova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29,120.2.10 (təkrar adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            273 08.04.21 11:13