Azərbaycanda toyların bu qaydada keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Azərbaycanda toyların bu qaydada keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyasına görə 1 ildən çoxdur ki, toyların, yasların və kütləvi toplantıların keçirilməsinə icazə verilmir. Pandemiyanın hələ nə zaman bitcəyi məlum olmadığı üçün toyların az sayda insanların iştirakı ilə keçirilməsi ilə bağlı müxtəlif təkliflər var. Azərbaycanda toyların keçirilməsinə nə zamandan icazə verilə bilər?

Median.Az
xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu çox ciddi məsələdir:

"Toylar olmaması 5-6 ildən sonra orta məktəbə gedən 1-ci siniflərin az olmasına səbəb ola bilər: "Eyni zamanda 18 ildən sonra hərbi xidmətə gedəcək oğlanların sayının az olmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələni hansısa formada tənzimləmək olar.

Artıq təbii ki, böyük şadlıq saraylarında, restoranlarda 400-500 nəfərlə toy keçirmək mümkün deyil. Bu gün buna icazə verilməsi də mümkün deyil.

Çünki dövlət belə kütləvi tədbirlərin keçirilməsini təxirə salıb.Burada əsas məqsəd vətəndaşlarımızın qorunması və kütləvi yoluxmanın qarşısını almaqdır. Ancaq kiçik formada 200 kvadrat metr ərazidə 40-50 nəfərlə toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Təbii ki, yaxın təmas olmadan, karantin qaydalarının tələblərinə uyğun olması şərti ilə. Əgər bu gün restoranlarda bir masa arxasında 6 nəfərdən çox insanın toplaşmasına icazə verilmirsə, düşünürəm ki, restoran sahibi və toya edən şəxslər bu formada qaydalara əməl edərsə cərimələnmə təhlükələri də olmaz.

Hesab edirəm ki, bu qaydalara əməl edərək toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Əlbəttə insanlarımızın qaydalara əməl etməsi vacibdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 07.04.21 23:09