Kimsəsiz uşaqlar evində böyüyən şəxs bərbərxanada yaşayır: Nazirlikdən REAKSİYA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Kimsəsiz uşaqlar evində böyüyən şəxs bərbərxanada yaşayır: Nazirlikdən REAKSİYA

Sosial şəbəkələrdə Mehdiabad qəsəbə sakini Bəhruz Mahmudovla bağlı görüntülər yayılıb.

Bildirilib ki, o, kimsəsiz uşaqlar evində böyüyüb və hazırda yaşayış yeri yoxdur. Hazırda B.Mahmudov bərbərxanada qalır.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nazirliyin diqqət mərkəzindədir:

“Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının yaşaması üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb.

Nazirlər Kabinetinin 7 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş nizamnaməsinə əsasən müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla qəbul edilirlər. Təhsil Nazirliyi tərəfindən uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Təhsil Nazirliyinin 30 iyun 2020-ci il tarixli məktubunda Bəhruz Mahmud oğlu Mahmudovun adı qeyd edilib.

“Məzun evi” Sosial Müəssisəsinin yeni korpusu istifadəyə verildikdə Bəhruz Mahmud oğlu Mahmudovun yerləşdirilmə məsələsinə növbəlilik qaydasında baxılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            759 07.04.21 12:27