Ərdoğan Azərbaycanla müdafiə sənayesində əməkdaşlığa dair mühüm sənədi təsdiqlədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Ərdoğan Azərbaycanla müdafiə sənayesində əməkdaşlığa dair mühüm sənədi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.

Bu barədə qərar “Resmi gazete”də yayımlanıb.

“Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Müdafiə Sənayesi sahəsində Əməkdaşlıq” sazişi 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.

Türkiyə Prezidenti 5 aprel 2021-ci il tarixli sərəncamı ilə ölkələrimiz arasında imzalanmış sazişi təsdiq edib.

Xatırladaq ki, 2017-ci ilin oktyabrın 31-də Bakıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Müdafiə naziri Zakir Həsənov və həmin dövrdə Türkiyə Milli Müdafiə naziri olmuş Nurettin Canikli imzalayıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            438 06.04.21 12:16