Təzyiq düşəndə necə qaldırmalı? - İlk yardım vasitələri » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Təzyiq düşəndə necə qaldırmalı? - İlk yardım vasitələri

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

Amma nəzərə alın ki, insan öləndə təzyiqi kəskin aşağı düşür. Lakin bu ürəyin dayanmasına görə baş verir.

Median.Az xəbər verir ki, təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

- Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

- Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

- Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

- Ən sadə üsul - dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.

- Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.

Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasını təzyiqin düşməsi ilə səhv sala bilərsiniz.

Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. /medicina.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            708 05.04.21 23:47