"Qarabağ məsələsində bizə dəstək vermədilər" - Ərdoğan » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

"Qarabağ məsələsində bizə dəstək vermədilər" - Ərdoğan
Əsassız mühakimələrlə milli və dövlətçilik maraqlarına xidmət edən layihələrə qarşı çıxmaq Cümhuriyyətə və Atatürkə qarşı olmaqdır.

Median.Az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün dövrlərdə bu cür çağırışlara qarşı olan Türkiyə xalqı qətiyyətlə öz dövlətini müdafiə edib. Ərdoğan, həmçinin vurğulayıb ki, sözügedən bəyanata imza atan şəxslərdən heç biri digər məsələlərdə olduğu kimi, Qarabağdakı proseslərlə bağlı sərgilənən qətiyyətli mövqeyə dəstək verməyib.

"Təqaüddə olan hərbçilərin bəyanatı hüquqa və demokratiyaya zidd çağırışdır", - deyən Türkiyə lideri hazırda Montrö anlaşmasının müzakirə mövzusu olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi "Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb. (azvision.az)скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 05.04.21 23:31