Aksiz vergi dərəcələrinə dəyişikliklər edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |     19:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb  |     19:13 Türkiyə ordusu daha 3 terrorçunu zərərsizləşdirib  |     18:58 Baş Prokurorluq və DİN-dən Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə MƏLUMAT  |     18:36 Türkiyədə silahlı insident olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb  |     18:25 Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub - RƏSMİ  |    

Aksiz vergi dərəcələrinə dəyişikliklər edildi
Nazirlər Kabinetinin 87 və 88 №-li Qərarlarına dair İzahat verilib.

Kabinetdən Qaynarinfo-ya bildirilib ki, 2021-ci il 23 fevral tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmış və Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə etmişdir.

Vergi Məcəlləsininnin 164-cü maddəsinə 164.1.54-cü maddəsi əlavə edilmiş və qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Vergi Məcəlləsininnin 188-ci maddəsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş,çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilmişdir.

Vergi Məcəlləsininnin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilmiş, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılmışdır.

Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranmışdır.

Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapmışdır.

Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilmişdir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            327 05.04.21 21:17