Avropa çempionatında iştirak edəcək 11 taekvondoçumuz bilindi - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Avropa çempionatında iştirak edəcək 11 taekvondoçumuz bilindi - ADLAR

Taekvondo üzrə Azərbaycan milli komandasının aprelin 8-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dörd gün davam edəcək yarışa 11 idmançı yollanacaq.

G4 kateqoriyalı yarışda baş məşqçilər Rza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında kişilərdən Bəhruz Quluzadə (-54 kq), Pərviz İsgəndərov (-58 kq), Xanoğlan Kərimov (-63 kq), Cavad Ağayev (-68 kq), Ayxan Tağızadə (-74 kq), Milad Beiqi Hərçəqani (-80 kq), Payam Qobadi Oğaz (-87 kq) və Radik İsayev (+87 kq), qadınlardan isə Minayə Əkbərova (-46 kq), Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) mübarizə aparacaq.

Nümayəndə heyətinə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev başçılıq edəcək. Gündüz Abdullayev isə Sofiyaya hakim qismində yollanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 032 05.04.21 13:11