Лондон
C

Tbilisidə “komendant saatı”nın ləğvi tələbi ilə aksiya keçirilir

Tbilisidə əhali koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə keçən ilin noyabr ayından tətbiq olunan "komendant saatı"nın ləğvini tələb edir.

AZƏRTAC xəbər verir ki, aprelin 3-də “komendant saatı”nın ləğvi tələbi ilə əlaqədar Tbilisidə aksiya keçirilir.

Vətəndaş hərəkatları və bəzi müxalifət partiyalarının üzvləri musiqi sədaları altında Filarmoniyadan Parlamentə doğru yürüşə başlayıblar.

Tbilisinin mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Yürüş iştirakçıları “komendant saatı”nın, eləcə də koronavirusla əlaqədar vətəndaşlara tətbiq olunan cərimələrin ləğvini tələb edirlər.

“Utanc” hərəkatının üzvü Qiqa Makaraşvilinin sözlərinə görə, aksiya iştirakçıları bütün gecəni parlamentin qarşısında qalacaqlar.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев