Azərbaycan nefti beş faiz bahalaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycan nefti beş faiz bahalaşıb

2021-ci ilin mart ayında Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin orta qiyməti 65,95 ABŞ dolları dəyərində olub.

Bu göstərici 2021-ci ilin fevral ayındakı neftin bir barelinin orta qiyməti ilə müqayisədə 3,21 ABŞ dolları qədər və ya 5,12 faiz daha çoxdur.

Mart ayında neftin bir barelinin orta qiymətinin ən yüksək həddi 12 mart tarixində qeydə alınıb və 69,84 ABŞ dollarına bərabər olub. İlin əvvəlindən ilk dəfədir ki, “Azeri Light” 70 dollar həddinə bu qədər yaxınlaşıb.

Azərbaycan neftinin qiymətinin ən aşağı həddi isə 25 mart tarixində qeydə alınıb və məhsulun qiyməti 61,31 ABŞ dollarını təşkil edib.

Ötən ay ərzində neftin qiyməti ilk dəfə 5 mart tarixində 69 dollar həddini ötərək, 69,26 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin fevral ayında bir barelinin orta qiyməti 62,74 ABŞ dollarına bərabər olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            513 01.04.21 14:13