Somalidə silahlı şəxslər parlamentin iclasına mane oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Somalidə silahlı şəxslər parlamentin iclasına mane oldu

Somalidə müxalifət parlamentin iclas salonuna mülki geyimli silahlıların gəlməsinə və bir sıra millət vəkillərinin hakimiyyəti ələ keçirmə cəhdlərinə etiraz edərək aşağı palatanın iclasını pozub.

“Report”un məlumatına görə, bu barədə Somalinin “Garowe” portalı xəbər verib.

Qeyd edilir ki, parlamentdə tam xaos hökm sürüb, spiker iclası təxirə salmağa məcbur olub. Portal deputatların bir-birinin üstünə qışqıraraq və tribunaya çıxmağa çalışaraq zal üzrə qaçmalarını əks etdirən videonu paylaşıb. Müxalifət nümayəndələri bildirib ki, silahlı insanlar deputatları prezident Məhəmməd Abdullah Məhəmmədin səlahiyyətlərinin iki il müddətinə uzadılmasına səs vermələrinə məcbur etmələri üçün iclasa gəliblər. Halbuki dövlət başçısının vəzifə səlahiyyətləri fevralın 8-də başa çatıb.

“Garowe”nin məlumatına görə, parlamentin aşağı palatasının planlaşdırılmış plenar iclasından bir neçə saat əvvəl komitələrdən birinin üzvlərinin görüşü olub. Görüşdə spiker Məhəmməd Mürsəl Əbdürəhman çıxış edib. Toplantıda iştirak etmiş deputat Maxada Saladunun sözlərinə görə, spiker elan edib ki, ölkə prezidenti və regional liderlər arasında parlament, dövlət başçısı seçkiləri üzrə danışıqlar dalana dirənib və prezident Məhəmmədin, parlamentin indiki tərkibinin səlahiyyətlərinin uzadılmasına səs vermək lazımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 27.03.21 20:31