Almaniya kansleri Angela Merkel Pasxa bayramı səbəbilə 1-5 aprel tarixlərində tətbiq olunması planlaşdırılan koronavirus məhdudiyyətlərinin ləğv olunduğunu açıqlayıb.
Bu barədə “Haber Global” yazıb.
Kansler qərarın xəta olduğunu qeyd edib.
“Bu, sadəcə mənim səhvimdir, bütün vətəndaşlardan bağışlanmağımı istəyirəm”, - deyə A.Merkel bildirib.