"Formula 1"də 30 ildən sonra daha bir Şumaxer debüt edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:53 İdxal və ixrac olunan məhsullar açıqlandı  |     23:01 Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib  |     22:45 Ermənilərin Füzulidə apardığı axtarışlar nəticə vermədi  |     22:41 Leyla Abdullayeva: “Bizim dədə-babalarımız Zəngəzurda yaşayıb”  |     22:21 Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır  |     22:20 Türkiyədə koronavirusa günlük yoluxma sayında artım müşahidə edilib  |     21:57 Rusiya və Tacikistanın müdafiə nazirləri telefonla danışıb  |     21:44 Kürdəmirdə şadlıq sarayının sahibi cərimələndi  |     21:28 Millimizin böyük məşqçisi Olimpiadadakı uğursuzluqdan danışdı  |     21:18 Azərbaycanda son sutkada koronavirusa yoluxma kəskin artdı, ölən olmayıb - FOTO  |     21:16 Təbrizdə etirazçılar hökumət tərəfindən PUA-larla izlənir - VİDEO  |     20:53 Afrikanın cənubunda görünməmiş şaxta qeydə alınıb  |     20:41 Rusiyalı analitik: “Daxilində Fransa şirkətlərinin olması öz ayağını basdalamaq kimi bir şeydir”  |     20:28 "Yeni Klinika" Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib  |     20:03 Çində yanğın nəticəsində 14 nəfər ölüb  |     19:51 Ağstafada motosikletçi qəza nəticəsində xəsarət alıb  |     19:29 Əfqanıstanda komendant saatı tətbiq ediləcək  |     19:14 Azərbaycanda ali təhsil alan ukraynalı tələbələrin sayı açıqlandı  |     19:02 Xalq artisti Səməd Səmədov vəfat edib  |     18:47 Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı  |    

"Formula 1"də 30 ildən sonra daha bir Şumaxer debüt edəcək
"Formula 1" həvəskarları həftəsonu yeni mövsümün startını səbirsizliklə gözləyir.

Median.Az "
Unikal.org"a istinadən xəbər verir ki, Bəhreyn Qran-Prisi komandaların mövsümə necə hazırlaşdıqlarının müəyyən mənada göstəricisi olacaq. Sahir trasındakı yarış əlamətdar hadisə ilə yadda qalacaq.

30 ildən sonra "Formula 1"də daha bir Şumaxer debüt edəcək.

1991-ci ildə Belçikanın Spa trasında Mixael böyük yolun başlanğıcında ilk addımını atmışdısa, bu dəfə estafeti onun oğlu Mik Şumaxer davam etdirəcək.

"Formula 1"də “Haas” komandası ilə debüt edəcək 22 yaşlı pilot deyib: “Formula 1-də debüt edəcəyimi dərk edirəmmi? Əlbəttə! Buna görə çox sevinirəm və Bəhreyn Qran-Prisinin startını səbirsizliklə gözləyirəm. Bu haqda fikirləşdikcə, atamı yada salıram. 30 il əvvəl o, Formula 1-də debüt etmişdi, bu dəfə estafeti mən qəbul edirəm. Formula 1 ailəsinin bir üzvünə çevrildiyimə görə çox şadam. Əla bir komandanın heyətində öz potensialımı nümayiş etdirmək istəyirəm. Burada mən çox şey öyrənəcəyəm. Formula 1 sayəsində təkcə yaxşı bir pilot yox, həm də gözəl bir insan olmaq istəyirəm”.

Xatırladaq ki, Mik Şumaxerlə yanaşı, “Haas” komandasında rusiyalı Nikita Mazepin də Formula 1-də debüt mövsümünü keçirəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            345 23.03.21 20:33