Konqo Respublikasında prezidentliyə namizəd seçki günü COVID-19-dan vəfat edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Konqo Respublikasında prezidentliyə namizəd seçki günü COVID-19-dan vəfat edib

Konqo Respublikasında prezidentliyə namizəd Qay Brays Parfayt Kolelas seçki günü vəfat edib.

AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxan və ağır vəziyyətdə olan 61 yaşlı siyasətçi Fransada müalicəyə yollandığı təyyarədə keçinib.

Seçkilərdən iki gün əvvəl xəstəxanada seçicilərə müraciət edən Kolelas ölümlə mübarizə apardığını söyləmişdi. O, vətəndaşları bazar günü keçiriləcək səsvermədə fəal iştiraka çağırmışdı. Konqo Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edib ki, seçki məcəlləsində namizədlərdən birinin vəfatı ilə əlaqədar səsvermənin nəticələrinin ləğvi barədə maddə yoxdur.

Konqo Respublikasında prezident seçkilərində 6 namizəd, o cümlədən 77 yaşlı hazırkı dövlət başçısı Denis Nquesso iştirak edirdilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 23.03.21 11:36