Bolqarıstan Rusiya diplomatlarını “persona non-qrata” elan edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |    

Bolqarıstan Rusiya diplomatlarını “persona non-qrata” elan edəcək

Bolqarıstanın baş naziri Boyko Borisov bildirib ki, casusluqla bağlı işə görə Rusiyanın ölkədəki diplomatları “persona non-qrata” elan ediləcək.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti bildirib.

"Biz növbəti dəfə Rusiya diplomatlarını arzuolunmaz şəxslər elan etməli oluruq", - baş nazir martın 19-da altı nəfərin Bolqarıstanın Baş Prokurorluğu Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilindiyini şərh edərkən deyib.

Borisov vurğulayıb ki, xüsusi xidmət orqanlarının əməliyyatı Bolqarıstanda casusluğa son qoymaq tələbilə xüsusi aksiyadır.

Qeyd edək ki, ötən gün Bolqarıstan mətbuatı ölkənin paytaxtı Sofiya şəhərində Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsi barədə məlumat yayıb. Məlumata görə, şübhəli şəxslər Bolqarıstanın Milli Təhlükəsizlik Agentliyinin xüsusi əməliyyatının gedişatında saxlanılıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            696 20.03.21 22:16