“Telegram”da yeni funksiya: Kanallarda səs çatları » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Telegram”da yeni funksiya: Kanallarda səs çatları

Son zamanlarda getdikcə populyarlaşan “Telegram” sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib.

“RİA Novosti” xəbər verir ki, artıq kanallarda da səs çatları yaratmaq mümkün olacaq. Onların dinləyicilərinin sayı isə məhdudlaşdırılmayacaq.

Səs çatlarını yaddaşda saxlamaq mümkündür. Onların iştirkaçılarının bioqrafiyası da açıq şəkildə təqdim olunacaq. İştirakçı söz demək istəyini bildirdikdən sonra, spikerlər onu öz kanalları adından çata qoşa biləcəklər.

“Kanallardakı və açıq qruplardakı səs çatları üçün iştirakçı məhdudiyyəti aradan qaldırılıb. Canlı efirdəki söhbətlərə artıq milyonlarla istifadəçi qulaq asa biləcək. Bu isə o deməkdir ki, hər bir “Telegram” kanalı faktiki olaraq, radiostansiya funksiyasını yerinə yetirəcək”, - deyə şirkətdən verilən məlumatda bildirilib.

Açıq qrupların və kanalların adminləri səs çatları üçün dəvət linkləri hazırlaya və onları iki qrupa bölməklə (spikerlər və dinləyicilər üçün olan linklər) lazımi ünvanlara göndərə biləcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 209 20.03.21 13:22