Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bu yerli məhsulların qiyməti 18 faiz endirildi

19.03.2021 23:39 2 385
Bu yerli məhsulların qiyməti 18 faiz endirildi
Bu gündən etibarən "AzerGold” QSC qızıl və gümüş sikkələrin, həmçinin qızıl külçələrinin qiymətini aşağı endirib.

Median.Az xəbər verir ki, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış dövlət şirkəti olan "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yerli qızıl və gümüşdən istehsal olunaraq pərakəndə bazara çıxardığı qızıl və gümüş sikkələrin, eləcə də qızıl külçələrin satış qiymətlərinə yenidən baxıb.

Dövlət şirkəti istehsal etdiyi məhsulları bu gündən daha aşağı qiymətlə satışa çıxarıb. "AzerGold”un pərakəndə bazara çıxardığı məhsulların qiyməti əvvəlki qiymətlərlə müqayisədə 18 faiz daha ucuzlaşıb. Sözügedən sikkə və külçələr Daşkəsən rayonunda yerləşən "Çovdar” qızıl mədənindən hasil edilmiş qızıl və gümüşdən hazırlanır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 mart 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilən Vergi Məcəlləsinə dəyişikliklər dövlət şirkətinin qızıl məhsullarının qiymətinin endirməsinə hüquqi zəmin yaradıb.

Belə ki, müvafiq dəyişiklər nəticəsində platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın ölkəyə idxalı, eləcə də külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. //oxu.az

Son xəbərlər