"Telegram" messencerində yeni funksiya işə salınıb.
Median.Az Trend-ə istinadən bildirir ki, bundan sonra "Teleqram" kanallarında səsli söhbət funksiyası mövcud olacaq.
İndiyədək bu funksiya messencerin qruplarında mövcud idi.
Kanallardakı səsli söhbətə qeyri-məhdud sayda istifadəçi qatıla bilər. Həmin söhbətləri canlı yayımda milyonlarla istidfadəçi dinləyə bilər.
Bu, "Telegram"ın radio formatında işləməsinə yol açacaq.