Mikayıl Cabbarov İsrailə təşəkkür etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |    

Mikayıl Cabbarov İsrailə təşəkkür etdi - FOTO

Martın 17-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının illik iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Palatanın ötən ilki fəaliyyəti, İsrail dövləti və Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafına yönəlik tədbirləri, 2021-ci ilə dair planları barədə məlumat verib.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov Palatanın fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edilib ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır.

Son iki ildə Palatanın aktiv fəaliyyətini vurğulayan nazir qurumun biznes dairələri arasında əlaqələri dərinləşdirməyə istiqamətlənmiş bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib. Mikayıl Cabbarov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə, həmçinin müharibədə ağır yaralanan əsgər və mülki şəxslərə yardım göstərmək üçün İsrailin böyük tibbi heyətinin Azərbaycana gəlməsinə görə İsrail tərəfinə təşəkkür edib.

M.Cabbarov pandemiya səbəbindən ikitərəfli ticarət əlaqələrində müəyyən geriləmənin olmasına baxmayaraq, iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdirildiyini vurğulayıb.

Nazir azad edilmiş ərazilərimizin bərpası prosesində əməkdaşlıq, postpandemiya dövründə aparılacaq iqtisadi islahatların istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda qeyd edilib ki, İsrail şirkətləri informasiya texnologiyaları, kənd təsərrüfatı, su sektorunun idarəedilməsi və səhiyyə sahələrinə böyük maraq göstərir. Bu sahələrdə əməkdaşlıq üçün böyük potensial olduğu və fəal dialoq aparıldığı vurğulanıb.

Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış edərək ölkələrimiz arasında yüksək siyasi və iqtisadi əlaqələri vurğulayıb, Palatanın əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Sonra İsrail Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixail Lotem “İsrail-Azərbaycan iqtisadi münasibətləri və postpandemiya dövründə yeni imkanlar” mövzusunda təqdimatla çıxış edib.

İclasda İsrail-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə müzakirələr aparılıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            558 18.03.21 14:37