Türk Şurasının sammitinin vaxtı AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Türk Şurasının sammitinin vaxtı AÇIQLANDI

Martın 31-də Qazaxıstanın Türkistan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-formal Sammiti keçiriləcək.

Bununla bağlı Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Sammit Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə baş tutacaq.

Səfirlikdən bildirilib ki, Türk Şurasına üzv olan bütün dövlətlərin başçıları və sözügedən təşkilatda müşahidəçi olan Macarıstanın Baş Naziri forumda iştirakını təsdiqləyiblər.

Sammitin sonunda Türkistanın Türk dünyasının mənəvi paytaxtı elan edilməsinə dair Bəyannamənin imzalanması gözlənilir.

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 18.03.21 13:13