Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO  |     23:49 Qərb bölgəsində vaksinasiya prosesi davam edir - VİDEO  |     23:42 Hərbi Qənimətlər Parkına giriş pulludur? - AÇIQLAMA  |     23:34 Rusiya NATO-ya cavab olaraq bu addımı atdı  |     23:24 “Google” öz prosessorunu istehsal edəcək  |     23:16 Bakı yenidən gimnastika yarışlarını qəbul edir  |     23:13 İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır  |     23:07 Elşad Hacıyev: “Toy məclislərinin keçirilməsinə dair anonim zənglər daxil olur”  |     23:00 Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü vəfat edib – FOTO  |     22:53 Şəmkirin icra başçısının birinci müavini vəzifəsindən azad olunub  |     22:43 Cəlilabadda iki minik avtomobili toqquşub  |     22:30 Ramazanın ilk gününün duası, imsak və iftar vaxtı - FOTO  |     22:20 Yol polisi İsmayıllıda reyd keçirib – FOTO  |     22:16 İdman zalları açıla bilərmi? - AÇIQLAMA  |     22:12 Navalnı Quran kitabına görə cəzaçəkmə müəssisəsini məhkəməyə verib – FOTO  |     22:09 Ramazan ayının ilk 2 həftəsi qismən məhdudlaşma tətbiq olunacaq  |     22:01 Toylarla bağlı açıqlama-Şad xəbər  |     21:51 Banan yox olma təhlükəsi ilə üzləşib  |     21:35 İnstaqramda problem yaranıb  |     21:28 Bu tibb işçiləri ilə bağlı mühüm qərar - Müddət uzadıldı  |    

Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik maddə aşkarlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri A.Nəsirov və A.Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən 3 kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            495 06.03.21 22:55