Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO  |     23:49 Qərb bölgəsində vaksinasiya prosesi davam edir - VİDEO  |     23:42 Hərbi Qənimətlər Parkına giriş pulludur? - AÇIQLAMA  |     23:34 Rusiya NATO-ya cavab olaraq bu addımı atdı  |     23:24 “Google” öz prosessorunu istehsal edəcək  |     23:16 Bakı yenidən gimnastika yarışlarını qəbul edir  |     23:13 İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır  |     23:07 Elşad Hacıyev: “Toy məclislərinin keçirilməsinə dair anonim zənglər daxil olur”  |     23:00 Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü vəfat edib – FOTO  |     22:53 Şəmkirin icra başçısının birinci müavini vəzifəsindən azad olunub  |     22:43 Cəlilabadda iki minik avtomobili toqquşub  |     22:30 Ramazanın ilk gününün duası, imsak və iftar vaxtı - FOTO  |     22:20 Yol polisi İsmayıllıda reyd keçirib – FOTO  |     22:16 İdman zalları açıla bilərmi? - AÇIQLAMA  |     22:12 Navalnı Quran kitabına görə cəzaçəkmə müəssisəsini məhkəməyə verib – FOTO  |     22:09 Ramazan ayının ilk 2 həftəsi qismən məhdudlaşma tətbiq olunacaq  |     22:01 Toylarla bağlı açıqlama-Şad xəbər  |     21:51 Banan yox olma təhlükəsi ilə üzləşib  |     21:35 İnstaqramda problem yaranıb  |     21:28 Bu tibb işçiləri ilə bağlı mühüm qərar - Müddət uzadıldı  |    

Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər
Dövlət Dəniz Agentliyi hava ilə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumatda bildirilir ki, martın 7-də Xəzər akvatoriyasında gün ərzində şimal-qərb küləyi 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə arabir 35-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnazlaşdırılır.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə Azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            507 06.03.21 18:00