Rusiyada yaşayan azərbaycanlı ifaçılardan ibarət “HammAli & Navai” qrupu dağılıb.
“Moskva-Baku” portalı xəbər verir ki, bu barədə qrup üzvləri özləri deyiblər.
Qrup üzvləri - Aleksandr Əliyev və Nəvai Bəkirov - bu qərarı birgə veriblər. Musiqiçilərin sözlərinə görə, layihə çərçivəsində istədikləri hər şeyə nail olublar və indi davam etməyə və yeni təcrübəyə hazırdırlar:
“Bəli doğrudur. Biz dağılırıq. İndi hər kəsin öz yolu var. Düşmən deyilik, dost qalırıq və bir-birimizə dəstək olacağıq”.
Sənətçilər son albomlarını buraxmağı planlaşdırdıqlarını da qeyd ediblər.
Əliyev və Bəkirovun duetinin mövcudluğu beş ildir. Qrup 2018-ci ildə nəzərəçarpacaq dərəcədə populyarlıq qazanıb.