Xaçmaz rayon sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.