Taksi sürücülərindən qanunsuz pul yığılması davaya səbəb oldu - DİN-dən AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |     12:15 Sumqayıtda müəllim vəfat etdi - FOTO  |     12:11 DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir  |     12:03 London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir  |     11:54 Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş ratifikasiya olub  |     11:51 Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ  |     11:50 Qırğızıstan prezidenti Ağdama gedəcək  |     11:48 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |    

Taksi sürücülərindən qanunsuz pul yığılması davaya səbəb oldu - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Qazaxda baş verən insidentlə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, martın 3-də Qazax Rayon Polis Şöbəsinə Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinləri Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub:

“RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatları alınıb. İlkin araşdırmalar nəticəsində davaya səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu” şirkətində mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nəticəsində yaranan mübahisə olub”.

O qeyd edib ki, faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            441 04.03.21 14:08