Direktor müəllimin maaşını kəsib? - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Direktor müəllimin maaşını kəsib? - RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova tərəfindən müəllimin əməkhaqqısının kəsilməsi ilə bağlı iddialara münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində yerləşən 162 nömrəli tam orta məktəbin direktoru tərəfindən müəllimin əməkhaqqısının kəsilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb:

“Araşdırmanın nəticəsində 162 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elnarə Qasımovanın 2020/2021-ci tədris ilinin əvvəlindən hazırkı dövrə kimi distant və əyani formada təşkil edilmiş dərslərdə iştirak etmədiyi məlum olub.

Qeyd olunan məsələ məktəbin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda da öz əksini tapıb. Qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən E.Qasımova ilə dəfələrlə əlaqə saxlanılsa da, o, zənglərə cavab verməyib, ümumiyyətlə məktəblə əlaqə saxlamayıb.

Daha sonra E.Qasımova ilə əlaqə yaradılıb və o, məktəbə dəvət edilib. Onunla müvafiq məzmunda söhbət aparılmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib və E.Qasımovanı dərslərin tədrisinə cəlb etmək mümkün olmayıb. Məktəb rəhbərliyinə təqdim etdiyi yazılı məlumata əsasən, E.Qasımova dərslərə qoşulmadığını özü də etiraf edib”.

İdarədən qeyd edilib ki, bütün bunlar müvafiq qaydada rəsmiləşdirilib:

“Məktəb rəhbərliyi tərəfindən iş vaxtının uçotu tabeli tərtib edilərkən üzrsüz səbəbdən işə çıxmadığına görə E.Qasımovaya iş günləri hesablanmayıb və bu səbəbdən ona əməkhaqqı ödənilməyib. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 4.2.2-ci bəndinə əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır.

Məktəb tərəfindən verilmiş məlumata əsasən, E.Qasımovaya işdən çıxması ilə bağlı hər hansı bir təzyiq olmayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Elnarə Qasımova mətbuata açıqlamasında bildirib ki, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            996 04.03.21 13:20