Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK

Ümumdünya Karate Federasiyası (WKF) pandemiya şəraitində keçiriləcək Olimpiadaya lisenziya xalları qazandıran yarışlarla bağlı müəyyən qərarlar qəbul edib.

9-11 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda keçiriləcək Premyer Liqa yarışının pandemiyaya görə baş tutmayacağı müəyyənləşərsə, onu eyni tarixlərdə digər Premyer Liqanı keçirən meydan sahibi əvəzləyəcək.

Əgər yeni meydan sahibi göstərilən tarixlərdə bu yarışı keçirə bilməsə, turnir fərqli tarixdə baş tutacaq. Əgər fərqli tarixdə də yarış baş tutmazsa, o zaman reytinq siyahısında əlavə lisenziya xalları olmayacaq. Yalnız 19-23 may tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək qitə karateçiləri reytinqə yeni lisenziya xalları qazandıra biləcək.

Əgər bu Avropa çempionatı da baş tutmazsa, o zaman 2019-cu ildə İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş analoji yarışın nəticələrinə əsasən mayda Olimpiya reytinqi açıqlanacaq. Maraq üçün bildirək ki, Pireney yarımadasında keçirilmiş həmin yarışda Rafael Ağayev gümüş, Asiman Qurbanlı və Roman Heydərov (kata) bürünc medal qazanıb.

11-13 iyun tarixlərində isə Fransanın paytaxtı Parisdə reytinqlə Olimpiadaya lisenziya qazana bilməyən karateçilər üçün təsnifat turniri keçiriləcək.

Qeyd edək ki, bu gün 36 yaşını tamamlayan Rafael Ağayev 75 kq və ukraynalı legionerimiz İrina Zaretskaya +61 kq üçün Olimpiadaya lisenziyanı təmin edib. WKF hər iki idmançımızın Olimpiadaya vəsiqə qazandığını ötən ilin aprelin 6-dakı reytinqə əsasən açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            492 04.03.21 11:49