Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:16 Azərbaycanda universitetin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM  |     15:13 Bakıda COVID-19 xəstəsi kafedə insanlarla öpüşüb-görüşdü - VİDEO  |     15:10 İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO  |     15:08 Xətaidə kafeyə gedən koronavirus xəstəsi saxlanılıb  |     15:08 Alban-Udi xristian dini icmasının sədri: "Ermənilər bizim kilsələri dağıdıb, saxtalaşdırıb"  |     14:37 Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq  |     14:12 DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA - VİDEO  |     14:09 Bazar günü 27 dərəcə isti olacaq  |     14:08 Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma  |     14:07 Azərbaycanda bu il övladlığa verilən uşaqların sayı açıqlandı - RƏSMİ  |     14:06 Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - RƏSMİ  |     14:05 Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT  |     14:03 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI  |     14:02 Sabunçuda qadın qəzada ağır xəsarət aldı  |     14:01 Biləsuvarda zəlzələ oldu  |     14:00 Pakistanda internetin fəaliyyəti məhdudlaşdırıldı  |     14:00 Putinin illik gəliri və əmlakı açıqlanıb  |     13:54 Qubadlıda döyüş sursatları aşkar edildi  |     13:48 Bakıda qatar vurması nəticəsində ölən gənclə bağlı cinayət işi açıldı - RƏSMİ  |     13:44 “WhatsApp” istifadəçilərinə ciddi XƏBƏRDARLIQ  |    

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - YENİLƏNİB + FOTO
Prokurorluq Ağdam rayonunda idarə rəisinin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Ağdam rayon prokurorluğundan verilən məlumata görə, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

* * * * *

Ağdam rayonunda idarə rəisi minaya düşüb.


Trend-in məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 03.03.21 17:16