Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Vətən müharibəsinə həsr olunmuş sənədli film beynəlxalq mükafata namizəddir - VİDEO  |     15:31 Azərbaycanda karantin bu halda tam ləğv edilə bilər  |     15:16 Azərbaycanda universitetin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM  |     15:13 Bakıda COVID-19 xəstəsi kafedə insanlarla öpüşüb-görüşdü - VİDEO  |     15:10 İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO  |     15:08 Xətaidə kafeyə gedən koronavirus xəstəsi saxlanılıb  |     15:08 Alban-Udi xristian dini icmasının sədri: "Ermənilər bizim kilsələri dağıdıb, saxtalaşdırıb"  |     14:37 Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq  |     14:12 DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA - VİDEO  |     14:09 Bazar günü 27 dərəcə isti olacaq  |     14:08 Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma  |     14:07 Azərbaycanda bu il övladlığa verilən uşaqların sayı açıqlandı - RƏSMİ  |     14:06 Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb - RƏSMİ  |     14:05 Bakıda məşhur hosteldə qalan qızların ölümü ilə bağlı TƏFƏRRÜAT  |     14:03 Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI  |     14:02 Sabunçuda qadın qəzada ağır xəsarət aldı  |     14:01 Biləsuvarda zəlzələ oldu  |     14:00 Pakistanda internetin fəaliyyəti məhdudlaşdırıldı  |     14:00 Putinin illik gəliri və əmlakı açıqlanıb  |     13:54 Qubadlıda döyüş sursatları aşkar edildi  |    

Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Koronavirusa yoluxmaların sayında son günlərdə müşahidə edilən artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklə əlaqəlidir, həm də havaların bir az soyuq keçməsi ilə. Bu zaman COVID-19-la yanaşı digər qripal xəstəliklərin artma reallığı ilə üz-üzəyik.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artmasının qripal xəstəliklərin yayılması üçün münbit zəmin yaratmasıdır:

“Ölkədə epidemioloji vəziyyətin yenidən istəmədiyimiz səviyyəyə gəlməməsi üçün hər bir vətəndaşın mövcud epidemioloji qayda-qanunlara daha ciddi şəkildə riayət etməsi vacibdir. Bu həm də yaxın günlərdə, yəni təqribən 10-15 gün ərzində, bayram öncəsi operativ qərargahın daha sərt tədbirlər görməsini əngəlləyən amillərdən biri olacaq.

Heç bir dövlət sərt qapanmanın tərəfdarı deyil. Amma insan həyatı üçün təhlükə yaradan və ölkədə səhiyyə sisteminə zərər verə biləcək vəziyyətlərlə üz-üzə qaldığımız zaman əlbəttə ki, məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 03.03.21 13:47