Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi  |     22:47 İstirahət mərkəzində yanğın  |     22:39 Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi - VİDEO  |     22:28 Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”  |     22:20 Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”  |     22:13 Zelenski: “Türkiyənin suverenliyimizin yenidən bərpa edilməsi mövzusundakı dəstəyi önəmlidir”  |     22:02 Dünya çempionumuz ikinci dəfə Avropa birincisi ola bilmədi  |     21:47 Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb  |     21:39 Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - CANLI  |     21:30 Qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştiraka maraq niyə azalır?  |     21:23 Myanmada xaos bitmir: 19 nəfərə edam cəzası verildi, insanlar evlərini tərk edir  |     21:16 Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO  |     21:07 “Göl” restoranı bağlandı - FOTO  |     20:58 Aftandil Hacıyev: "Hər oyun bizim üçün imtahandır"  |     20:50 Hacıqabulda nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edilib  |     20:42 Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb  |     20:34 Şahzadə Filipin dəfn tarixi məlum oldu  |     20:15 ETSN: Kürün aşağı axınında suyun duzluluğunun artması səbəbləri araşdırılır  |     20:04 ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama  |     19:54 Türkiyəli müğənni xərçəngə tutuldu - FOTO  |    

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun mövqe tutduğu səngərlərə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı bir ədəd tank əleyhinə idarə olunan raket, altı ədəd müxtəlif markalı əl qumbaraları, iki ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            510 01.03.21 14:36