Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:45 Sabirabadda qaçırılan 15 yaşlı qız tapıldı | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü | 14:06 Xaçmazda 15 yaşlı məktəbli qızın meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

AAYDA: Zəfər yolu 2 ay ərzində genişləndirildi

27.02.2021 13:49 4 267
AAYDA: Zəfər yolu 2 ay ərzində genişləndirildi
Qarabağda ilk infrastruktur layihəsi yolların çəkilməsi ilə başlayıb.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Anar Nəcəfli AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.

Onun sözlərinə görə, Qarabağa yol çəkilmədən həmin ərazilərdə hər hansı digər layihələri həyata keçirmək mümkün deyil:

“Füzulidən Şuşaya qədər olan yolun çəkilişinə başlanılıb. Qarabağın gələcək inkişaf potensialı nəzərə alınır. İstər turizm, istər sənaye potensialı nəzərə alınaraq, müasir, birinci texniki dərəcəli yol çəkiləcək. Həmin magistral yolun gələn ilin ikinci yarısına təhvil verilməsi planlaşdırılır.

Bundan əlavə Azərbaycan ordusunun Şuşanı azad etmək üçün getdiyi Zəfər yolu 2 ay ərzində genişləndirildi. Hazırda həmin yoldan gediş-gəliş var. Sentyabr ayında artıq o yola tam asfalt örtüyü çəkiləcək və daha rahat gediş-gəliş təmin olunacaq. Həmin yolun Xocavənd, Şuşa ərazisi, eləcə də Topxana meşəsi çətin relyefi olan yerlərdir. O ərazilərdə sıldırım qayalar var ki, ehtiyac yaranarsa bəziləri partladılacaq. Fikirləşirik ki, bir neçə tunel vasitəsilə dağların altından keçidlər olacaq”.

Son xəbərlər