Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:14 Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb  |     12:06 Finaldan sonra birjada çöküş: İnvestorlar məşhur serialla bağlı şirkətləri tərk edirlər  |     11:54 "Qarabağ" "Zalsburq"la oynayacaq  |     11:46 DTX dövlətə xəyanətdə şübhəli bilinən şəxsi həbs etdi  |     11:42 OMON-çular tərəfindən Rusiyada öldürülən Səfərov qardaşları dəfn edildilər  |     11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |    

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkən əcnəbilər arasında 108 Azərbaycan vətəndaşı var.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 2 nəfər artıb. Onların 9-u ittiham olunan, 99-u isə məhkumdur. Məhkumların 4-ü yeniyetmədir.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər azalaraq 30 nəfər olub. Onların 27-si kişi, 3-ü qadındır.

Qonşu ölkənin həbsxanalarında saxlanılan xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 567 nəfər təşkil edir. Probasiya nəzarətində saxlanılan əcnəbilərin sayı isə 237-dir.

///Reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            795 26.02.21 21:20