İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi  |     22:47 İstirahət mərkəzində yanğın  |     22:39 Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi - VİDEO  |     22:28 Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”  |     22:20 Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”  |     22:13 Zelenski: “Türkiyənin suverenliyimizin yenidən bərpa edilməsi mövzusundakı dəstəyi önəmlidir”  |     22:02 Dünya çempionumuz ikinci dəfə Avropa birincisi ola bilmədi  |     21:47 Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb  |     21:39 Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - CANLI  |     21:30 Qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştiraka maraq niyə azalır?  |     21:23 Myanmada xaos bitmir: 19 nəfərə edam cəzası verildi, insanlar evlərini tərk edir  |     21:16 Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO  |     21:07 “Göl” restoranı bağlandı - FOTO  |     20:58 Aftandil Hacıyev: "Hər oyun bizim üçün imtahandır"  |     20:50 Hacıqabulda nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edilib  |     20:42 Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb  |     20:34 Şahzadə Filipin dəfn tarixi məlum oldu  |     20:15 ETSN: Kürün aşağı axınında suyun duzluluğunun artması səbəbləri araşdırılır  |     20:04 ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama  |     19:54 Türkiyəli müğənni xərçəngə tutuldu - FOTO  |    

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 26.02.21 16:49