İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |    

İlham Əliyev: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür”

“Ermənistanda baş verən hadisələr rəsmi İrəvanın daxili işidir”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Ötən gün şəhid ailələri ilə görüşdə çıxışım zamanı Ermənistandakı vəziyyətə də toxundum. Bildirmək istəyirəm ki, çıxış hadisələrdən əvvəl edilmişdi. Hər kəs bilsin ki, mənim şərhlərim hadisələrdən əvvəl idi. Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Bu gün Ermənistan o qədər ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir”, - deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, 20 il ərzində Ermənistanı faktiki olaraq uçuruma aparırdı:

“Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Dəfələrlə deyirdim ki, biz bu siyasəti o qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini torpaqlarımızdan çıxarsın ondan sonra bölgədə əməkdaşlıq, iş birliyi ola bilər. Əfsuslar olsun ki, onlar buna qulaq asmadı. Əgər vaxtında qulaq asaydılar, bu gün rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermirəm. Biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 671 26.02.21 13:56