Şamaxı sakinlərindən üç tüfəng götürülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi  |     22:47 İstirahət mərkəzində yanğın  |     22:39 Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi - VİDEO  |     22:28 Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”  |     22:20 Koronavirus intiharların artmasına təsir göstərir: “İnsanlarda fobiyalar artıb”  |     22:13 Zelenski: “Türkiyənin suverenliyimizin yenidən bərpa edilməsi mövzusundakı dəstəyi önəmlidir”  |     22:02 Dünya çempionumuz ikinci dəfə Avropa birincisi ola bilmədi  |     21:47 Bərdədə avtomobil qəzasında iki nəfər xəsarət alıb  |     21:39 Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - CANLI  |     21:30 Qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştiraka maraq niyə azalır?  |     21:23 Myanmada xaos bitmir: 19 nəfərə edam cəzası verildi, insanlar evlərini tərk edir  |     21:16 Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür - VİDEO  |     21:07 “Göl” restoranı bağlandı - FOTO  |     20:58 Aftandil Hacıyev: "Hər oyun bizim üçün imtahandır"  |     20:50 Hacıqabulda nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edilib  |     20:42 Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb  |     20:34 Şahzadə Filipin dəfn tarixi məlum oldu  |     20:15 ETSN: Kürün aşağı axınında suyun duzluluğunun artması səbəbləri araşdırılır  |     20:04 ABŞ-dan yerli peyvəndlə bağlı açıqlama  |     19:54 Türkiyəli müğənni xərçəngə tutuldu - FOTO  |    

Şamaxı sakinlərindən üç tüfəng götürülüb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kələxana kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri Kavus Şiralıyev və Hacı Məmmədov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngi, hər iki silaha məxsus 39 ədəd patron, eləcə də ovladıqları çöl quşları götürülüb.

Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Qaleybuğurd kənd sakini Aqil Cəlilovdan qanunsuz olaraq saxladığı “Toz” markalı odlu silah aşkar olunaraq götürülüb.

Hər üç şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 25.02.21 14:44