Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub - VİDEO

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib.

Yerli mətbuatın verdiyi xəbərə görə, buna səbəb, generalın “İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ salması göstərilir.

Belə ki, bundan əvvəl Nikol yerli mediaya Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun “partlamaması” və ya “10 faiz partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş Prezident Serj Sarqsyanın “hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin “İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi.

General-leytenant Xaçatryan isə öz növbəsində, jurnalistin “İskəndər” raketinin doğrudanmı 10 faiz partlaması ilə bağlı sualına istehza ilə cavab verib. “Əlbəttə mümkün deyil... Necə?... “İskəndər”?... Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”.

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 281 25.02.21 12:57