Kolumbiya mətbuatında erməni təcavüzü » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |     11:55 Bakıda gənc oğlanı avtobus vurub  |    

Kolumbiya mətbuatında erməni təcavüzü

Kolumbiya və Latın Amerikasının ən nüfuzlu rəqəmsal siyasi xəbər agentliklərindən olan “El Expediente” portalında tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Azərbaycan möcüzəsi” başlıqlı yazı dərc olunub.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Yazıda Azərbaycanın illər boyu təcavüzə məruz qaldığı, Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ərazisinin ümumilikdə 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, 1 milyona yaxın azərbaycanlının öz yurdlarından qovularaq məcburi köçkünə çevrildiyi, bu təcavüz ərzində erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü uşaq və 106-ı qadın olmaqla 613 nəfər mülki azərbaycanlının amansızcasına qətlə yetirildiyi bildirilir.

Qeyd olunur ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 il ərzində yüksək siyasi, iqtisadi və mədəni-humanitar inkişaf yolu keçmiş, bütün dünya üçün çoxmədəniyyətlilik modelinə çevrilib.

Son müharibə zamanı Azərbaycanın nəhayət erməni təcavüzünə son qoymağa və öz tarixi ərazilərini azad etməyə nail olduğu, ancaq bu müharibə zamanı da Ermənistanın mülki insanları hədəf aldığı, Gəncə, Bərdə və münaqişə bölgəsindən kənarda yerləşən digər Azərbaycan şəhərlərinə qadağan olunmuş döyüş başlıqlarından istifadə etməklə ballistik raket zərbələri endirdiyi və bu hücumların “Human Rights Watch”, “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlar tərəfindən pisləndiyi söylənir.

Münaqişə ilə bağlı BMT TŞ qətnamələrinə 30 ildir əməl etməyən Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məqsədli şəkildə tamamilə məhv etdiyi, eləcə də ətraf mühitə xeyli ziyan vurduğu, azad edilmiş şəhərlərin Hiroşima ilə müqayisə edildiyi və 30 il ayrılıqdan sonra azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıda bilməsi üçün Azərbaycanın hazırda bu ərazilərdə yenidənqurma işləri apardığı qeyd olunur.

Müəllif Ermənistanda bəzi qisasçı qüvvələrin mövcudluğu səbəbindən regionda sülhün hələ də dayanıqsız olduğunu, bu qüvvələrin Azərbaycanı təxribata çəkməyə çalışdığını, virtual platformalarda da Azərbaycan haqda böhtanlar və saxta məlumatlar yaydığı və Ermənistan tərəfinin hələ də bölgədə minalanmış ərazilərin xəritəsini belə təqdim etməkdən imtina etdiyini bildirir.

Bütün bunlara rəğmən, Azərbaycanın qlobal və regional inteqrasiya proseslərində fəallığını durmadan artırdığı, BTC, TAP, TANAP, BTK kimi irimiqyaslı layihələrlə regionun inkişafına böyük töhfə verdiyi, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış dəyərlərə sadiq qalaraq dini və etnik mənsubiyyətindən asılı olmadan bütün ölkə vətəndaşlarına bərabər tərəqqi imkanları yaratdığı qeyd olunur və münaqişə və təcavüz mühitində inkişaf etməyə çalışan ölkələrin “Azərbaycan möcüzəsi”nə nəzər salmalı olduqları vurğulanır.

https://elexpediente.co/magia-azeri/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            474 25.02.21 12:37