Soyuq havada spirtli içkilərin qəbulu ziyandır - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Soyuq havada spirtli içkilərin qəbulu ziyandır - SƏBƏB

"Soyuq havada insanlar qəbul etdikləri qidalara normal hava şəraiti ilə müqayisədə xüsusi diqqət yetirməlidir. Bol zülallı qidalara, meyvəyə üstünlük vermək olduqca əhəmiyyətlidir".

Median.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında terapevt Rasif Bağırov deyib. Həkim qeyd edib ki, sözügedən qidalar bədənin enerji potensialını çoxaldır:

"Nəticədə xəstəliklərə qarşı müqavimət qabiliyyəti artır. Təbii ki, xəstələnmənin qarşısını tək qidalarla almaq olmaz. Soyuqdan qorunmaq da əsas şərtlərdən biridir, belə havalarda isti geyinmək önəmlidir".

İçkilərə gəldikdə isə həmsöhbətimiz soyuq havada spirtli içki qəbul edilməsinin tərəfdarı olmadığını vurğulayıb:

"Bəzi şəxslər soyuq havada spirtli içki qəbul edirlər, amma tibbdə qayda belədir ki, soyuq havada spirtli içkilərin qəbulu xəstələrə yaxşı təsir göstərmir. Çünki spirtli içkilərin qəbulu temperaturun tənzimlənməsini kəskin şəkildə pozur, nəticədə insan bədənində damarların genişlənməsi baş verir. Şaxtalı havada spirtli içkilərdən istifadə xəstənin daha tez donmasına gətirib çıxarır.

Rasif Bağırov soyuq havanın virusu öldürmədiyini də diqqətə çatdırıb:

"Sadəcə virusun fəaliyyətini müəyyən qədər dayandıra bilir. Amma hava şəraiti düzələn kimi o, yenidən aktivləşir. Virus insanın ağız boşluğunda, tənəfüs yolunda, mədə-bağırsaq sistemində oturur, bədənin müqavimət qabiliyyəti azca aşağı düşən kimi virus olduğu yerdə inkişaf edir. Məsələn, adicə vərəm çöplərini yuxarı tənəffüs yollarında axtardıqda həmişə tapmaq olar. Amma zəif formada olurlar, iş qabiliyyətləri olmur. Sadəcə əlverişli mühitə düşəndə vərəm prosesi inkişaf etməyə başlayır".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            531 24.02.21 23:59