BŞİH-dən yolların təmizlənməsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:19 İsrail İrana hücumda üç ballistik raketdən istifadə edib  |     20:08 Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb  |     19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |    

BŞİH-dən yolların təmizlənməsi ilə bağlı AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib.

İcra Hakimiyyətindən bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır:

“Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-i həcmindədir. Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.

Bütün bunlara baxmayaraq, şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.

Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmağı qətiyyən tövsiyə edilmir, bu, nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            456 24.02.21 14:20