İranlı güləşçidə dopinq tapıldı, medal Azərbaycan təmsilçisinə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:18 Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkar edildi  |     16:11 Paytaxtda 67 yaşlı qadını maşın vurdu  |     16:06 Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTO  |     16:00 Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb - FOTO  |     15:54 Bakıda yoldan qız qaçıran şəxslərin işi- Özlərini təqsirli bilmirlər  |     15:50 Azərbaycanda "EVDƏ QAL" karantin rejimi geri qayıdır? - AÇIQLAMA  |     15:46 Səfirdən Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik - FOTO / VİDEO  |     15:38 Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb  |     15:35 Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında  |     15:29 Bakıda tramvayların bərpası ilə bağlı işlər gedir - AÇIQLAMA  |     15:24 Ukraynada azərbaycanlı iş adamı itkin düşüb  |     15:20 ATƏT PA-nın iclasında Ermənistanın təxribatları xatırladılıb  |     15:16 İsveçrədə peyvənd olunan 16 nəfər ölüb  |     15:11 Çexiyada fövqəladə vəziyyətin müddəti uzadıldı  |     15:07 Bu yarmarkalarda məhsullar ucuz satılır - ÜNVANLAR  |     15:00 Sabah Bakıda 12 dərəcə isti olacaq  |     14:55 Karantin qaydalarına riayət etməyən daha bir kafe aşkarlandı  |     14:50 Qarlı yollarda avtoxuliqanlıq edən sürücülər saxlanıldı - FOTO  |     14:43 Bu il 3 min şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaq  |     14:36 “8 Noyabr” stansiyası istismara hazırlanır  |    

İranlı güləşçidə dopinq tapıldı, medal Azərbaycan təmsilçisinə verildi
Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.

"Report" Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib.

Yasaq preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib. Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub.

Hazırda çimərlik güləşi üzrə Azərbaycan millisinə başçılıq edən Nəzəriani yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.

Bununla da ilk Dünya Çimərlik Oyunlarında Azərbaycan güləşçilərinin qazandığı medalların sayı üçə çatıb.

Qeyd edək ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 23.02.21 19:30