Nazim Babayev: “Soyuq havada məşq keçməyin fəsadlarını yaşayıram” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |    

Nazim Babayev: “Soyuq havada məşq keçməyin fəsadlarını yaşayıram”

“16 metr 57 santimetr məsafəyə tullanmaqla Balkan çempionatında qızıl medal qazandım”.

Bunu Oxu.Az-a qapalı məkanda keçirilən Avropa çempionatının üçtəkanla tullanma növü üzrə qalibi Nazim Babayev deyib.

O, üç gün əvvəl Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilmiş XXVI Balkan çempionatında qızıl medal qazanıb. Nazim həmin yarışda çempion olsa da, zədə alıb:

“Bu yarışdan 10 gün əvvəl İstanbulda Türkiyə Açıq çempionatında iştirak etmişdim. Orada belimdən zədələndim deyə, yaxşı çıxış edə bilmədim. Bakıda müalicə alıb düzəldim.

Balkan ölkələrinin çempionatında isə altı cəhddən dördünü edə bildim. Beşinci cəhdə hazırlaşan vaxt topuğumda ağrı hiss etdim. Yenidən zədələndim və yarışda iştirakımı davam etdirə bilmədim. Amma bununla belə, çempion olmağı bacardım.

İndi yenidən müalicə alıram. İki həftə sonra Polşanın Toruny şəhərində Avropa çempionatı (5-7 mart) olmalıdır. Ona hazır olmağa çalışıram”.

Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı ilk dəfə təmsil edəcək Nazim Babayev soyuq havalarda açıq məkanda məşq keçməyin fəsadları ilə üzləşdiyini bildirib:

“Əslində mən fevralın 6-sı və 9-da Fransadakı iki yarışda iştirak etməliydim. Bunlar Dünya Turu çərçivəsində keçirilən Mets və Lyevandakı yarışlar idi. Bu yarışlardan dəvət almışdım. Lakin Avropaya səfər məhdudiyyətləri üzündən heç birində iştirak edə bilmədim.

Hazırda onurğa sütunumda sinir sıxılıb. Bu da sağ ayağımın arxa əzələsinə və topuq nahiyəsinə ağrı verir.

Nazirlər Kabineti yanında Operativ Qərargah bir ay olar ki, qapalı məkanda məşq keçməyimizə imkan verib. Ancaq onlar da bu barədə çox gec qərar verdi. Nəticədə noyabr, dekabr, yanvar aylarında açıq havada məşq keçməli oldum. Düşünürəm ki, indiki zədələrim də soyuq havada məşq keçməyin nəticəsidir. Onun fəsadlarını yaşayıram. Belimdən zədə alanda əyilib-dura bilmirdim. Soyuq onurğa sütunuma işləyib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 23.02.21 18:47