Ermənistan müxalifəti sabah Paşinyanın hökumət binasına girişini bloklayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |    

Ermənistan müxalifəti sabah Paşinyanın hökumət binasına girişini bloklayacaq

Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" Yerevanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə TASS bildirib.

"Bu gün aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq", - hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

Bu gün Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 002 22.02.21 23:17