“Sədərək” ticarət mərkəzində fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb  |     22:35 Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı  |     21:56 Gədəbəydə kütləvi dava baş verib  |     21:35 Türkiyədə dəhşətli hadisə: Ana yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, uşaq öldü  |     20:55 Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələdi  |     20:15 Bu şəxslərə evlər veriləcək - ŞAD XƏBƏR AÇIQLANDI  |     20:02 Saatlı sakini dəm qazından zəhərlənib öldü  |     18:41 Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı  |     18:27 İctimai iaşə obyektlərində monitorinqlər aparılıb: 42 müəssisə kobud pozuntulara yol verib - FOTO  |     18:08 Ukraynada xəstəxanada partlayış: Yaralılar var  |     18:01 Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - FOTO  |     17:43 “Caliber”: Erməni hərbçilərə reallığı başa salmaq üçün daha neçə cəsəd lazımdır? - VİDEO  |     16:44 ABŞ-ın daha bir konqresmenindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT  |     16:18 Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkar edildi  |     16:11 Paytaxtda 67 yaşlı qadını maşın vurdu  |     16:06 Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTO  |     16:00 Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb - FOTO  |     15:54 Bakıda yoldan qız qaçıran şəxslərin işi- Özlərini təqsirli bilmirlər  |     15:50 Azərbaycanda "EVDƏ QAL" karantin rejimi geri qayıdır? - AÇIQLAMA  |     15:46 Səfirdən Xocalı qurbanlarının xatirəsinə hörmətsizlik - FOTO / VİDEO  |    

“Sədərək” ticarət mərkəzində fəhlənin ölməsi ilə bağlı cinayət işi başlanıldı
Qaradağ rayon prokurorluğu "Sədərək” ticarət mərkəzində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 20-də saat 14 radələrində baş verib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, "Sədərək” TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            291 22.02.21 19:20